BAKI, 18 may. TELEQRAF
Bakıda keçirilən WUF13 tədbiri təcrübə mübadiləsi aparmaq üçün çox əlverişlidir.
Bunu Teleqraf-a açıqlamasında QHT təşkilatının nümayəndəsi, baş koordinator Kamerunlu Daniel Nonze deyib.
O Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətini vurğulayıb.
"Burada olmaqdan məmnunam. Biz Ümumdünya Şəhərsalma Forumunun 12-ci sessiyası (WUF12) üçün Qahirədə olmuşduq, bu gün isə buradayıq. Özümü çox yaxşı hiss edirəm. Bu, həm müzakirələri, həm də bu məkanı kəşf etmək üçün gözəl bir fürsətdir".