BƏRDƏ, 18 may. TELEQRAF
Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata canavarların hücumu nəticəsində təxminən 50-yə yaxın xırdabuynuzlu heyvan tələf olub.
Baş verən hadisə kənd sakinləri arasında narahatlıq yaradıb. Sakinlər ərazidə vəhşi heyvanların sayının artdığını bildirirlər.
Aidiyyəti qurumların araşdırma apardığı deyilir.

