Bakıda keçirilən WUF13 tədbirində ünsiyyət və göstərilən dəstək çox yüksək səviyyədədir.
Bunu Teleqraf-a açıqlamasında Hindistandan sosial işçi və ətraf mühit üzrə köməkçi kimi fəaliyyətgöstərən, həmçinin MS India Exquisite 2016 layihələr üzrə baş resurs meneceri Anitha Chinnala deyib.
O bildirib ki, buradakı yardımçı heyət sayəsində həm ekspo sərgisində, həm də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) sessiyalarında yeni imkanları kəşf edir.
Anitha Chinnalanın sözlərinə görə, dünyanın hər yerindən bu qədər insanın bir araya gəlməsi məmnunluq hissi doğurur:
"Dünyanın müxtəlif yerlərindən bu qədər insanın bir araya gələcəyini xəyal belə etməzdim. Müxtəlif tikinti və inkişaf layihələri ilə tanış oluram, çox yeni şeylər öyrənirəm. Özümü çox xoşbəxt hiss edirəm. Hamınızla tanış olduğuma görə çox şadam.
Mən qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində çalışıram. Həmçinin ətraf mühit problemləri və təlimlərlə məşğul olan müxtəlif QHT-lərlə əməkdaşlıq edirəm", - o vurğulayıb.