BAKI, 17 may. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər iclasının yekun bəyanatı səsləndirilib.

Teleqraf xəbər verir ki, bəyanatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib.

A.Quliyev çıxışında qeyd edib ki, bugünkü müzakirələr Yeni Şəhər Gündəliyijin yalnız aktual deyil, həm də həyati əhəmiyyət daşıdığını açıq şəkildə göstərdi: "Çıxışlar və panellərdə müzakirələr zamanı bir mesaj xüsusilə aydın səsləndi: mənzil məsələsi şəhər siyasətimizin və siyasi öhdəliklərimizin mərkəzində qalmalıdır".

Komitə sədri vurğulayıb ki, Azərbaycan və UN-Habitat gələcək Ümumdünya Şəhərsalma Forumlarının keçirilməsi üzrə məlumat-əməliyyat təlimatı hazırlayacaq.