BAKI, 18 may. TELEQRAF

Şəhərsalma siyasətinin gücləndirilməsi dəyişiklik gətirən insanlar üçün böyük töhfə verəcək.

Teleqraf xəbər verir ki, bunu WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva WUF13 çərçivəsində keçirilən "Assambleyaların Birgə Bağlanışı" mövzusunda tədbirdə çıxışında deyib.

O bildirib ki, birgə əməkdaşlıq nəticəsində mənzil böhranı aradan qaldırıla bilər."Artıq uşaqlar, qadınlar da bu prosesdə aktiv iştirak edir. Qadınların, gənclərin iştirakı olmadan bu mümkün deyil. İnnovasiya, sərmayə, texnoloji inkişafı görmək üçün alt sütun olmalıdır. Əməkdaşlığın gücləndirilməsi labüddür. Burada müxtəlif perspektivlər var. Şəhərsalmada dayanıqlılıq, inklüzivlik, bərabərlik ortaya qoyulur", - o vurğulayıb.