BAKI, 18 may. TELEQRAF

Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilatçılığı yüksək səviyyədədir.

Bunu Bakıda keçirilən WUF13 çərçivəsində Teleqraf-a açıqlamasında BMT-nin Sosial İnkişaf üzrə QHT-lər Koalisiyasının rəhbəri Melvin Vaciri deyib.

M.Vaciri forumun kreativ mühitindən və iştirakçıların enerjisindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, WUF13 insanların bir araya gəlməsi, qarşılıqlı əlaqə qurması, təcrübə və innovasiyaları bölüşməsi üçün mühüm platformadır.

"Forumun dizaynı və təqdim olunan detallar olduqca unikaldır. Xüsusilə ekspo sərgisinə nəzər saldıqda, bura qoyulan əməyin miqyasını anlamaq olur. Əminəm ki, bu tədbir qlobal miqyasda ikonik bir hadisə kimi yadda qalacaq".

Melvin Vaciri beynəlxalq tədbirlərin təşkilinin mürəkkəb proses olduğunu vurğulayaraq, Azərbaycanın bu sahədəki uğurunu xüsusi qeyd edib:

"Belə böyük strukturları bir araya gətirmək illərlə vaxt aparır. Bu, həqiqətən təsirlidir. Azərbaycan hökumətini və bu işdə əməyi olan hər kəsi belə bir möhtəşəm təşkilatçılığa görə alqışlamaq lazımdır. Biz bu uğuru yüksək qiymətləndiririk".