BAKI, 5 may. TELEQRAF

Aprelin 30-da Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirli vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Asif Nəsirlinin vaxtsız və faciəvi vəfatı tibb ictimaiyyəti üçün böyük itkidir, - deyə məlumatda qeyd edilib.

A.Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.

Həkim-radioloq A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.