BAKI, 4 oktyabr. TELEQRAF

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev dəfn olunub.

Teleqraf xəbər verir ki, o, Yasamalda “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

***

12:53

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyevin Təzəpir məscidində vida mərasimi başa çatıb.

Teleqraf xəbər verir ki, vida mərasimində dövlət rəsmiləri və bir sıra ictimai-siyasi xadimlər iştirak ediblər.

Oqtay Şirəliyev Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

***

12:14

Baş nazir Əli Əsədov sabiq səhiyyə naziri Oqtay Şirəliyevin Təzəpir məscidində keçirilən vida mərasimində iştirak edir.

Bu barədə Teleqraf-ın vida mərasimində olan müxbiri xəbər verir.

Bundan başqa, baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Prezidentinin köməkçisi Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də vida mərasiminə qatılıblar.

***

10:44

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyevin Təzəpir məscidində vida mərasimi başlayıb.

Teleqraf xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və digər ictimai-siyasi şəxslər iştirak edirlər.

Qeyd edək ki, O.Şirəliyev ötən gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

O bu gün Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.