AĞSTAVA, 28 noyabr. TELEQRAF

Bir müddət öncə Ağstafa rayon Dağkəsəmən kənd sakini, 1990-cı il təvəllüdlü Heydərova Nərgiz Pənah qızının itkin düşəməsi ilə bağlı verilən xəbərdən sonra qadının ər evinə qaytmaq istəmədiyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qurumundan Teleqraf-ın Qərb bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Heydərovanın yeri Gəncə şəhərində müəyyən edilib.

N.Heydərova izahatında yaşadığı evi öz iradəsi ilə tərk etdiyini və geri dönmək istəmədiyini bildirib.