BAKI, 11 dekabr. TELEQRAF
Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin 27 sentyabr 2025-ci il tarixində dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
13:38
ASTARA, 11 dekabr. TELEQRAF
Astarada itkin düşən balıqçıların axtarışları davam etdirilir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu gün günorta saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub.
Bununla yanaşı, axtarışlara FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçik həcmli gəmiləri və iki dalğıc qrupu da qoşulub.
Hazırkı saatlara qədər aparılan axtarışlar hələlik müsbət nəticə verməyib.
Qeyd edək ki, Astara rayonunun Şahağac kənd sakinləri olan Ağadədə və Turan Həsənov iki gün əvvəl balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar və onlarla bir daha əlaqə saxlamaq mümkün olmayıb.