BAKI, 12 dekabr. TELEQRAF

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il keçir.

Teleqraf xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər səhər saatlarından onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

Onların arasında Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev olub.

Ziyarət edənlər arasında müdafiə Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Teymur Musayev, gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, maliyyə naziri Sahil Babayev, xarici işlər nazirinin muavini Yalçın Rəfiyev, elm və təhsil naziri Emin Əmrullayev, Baş prokuror Kamran Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da yer alıb.