ASTARA, 19 noyabr. TELEQRAF
Astara-Ələt magistralının Salyan və Biləsuvar rayonları ərazisindən keçən hissəsində əlverişsiz hava şəraiti nəqliyyatın hərəkətinə çətinliklər yaradıb.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, bölgədə müşahidə olunan sıx duman səbəbindən yolboyu görünüş məsafəsi xeyli azalıb.
Görmə imkanının zəifləməsi sürücülərin hərəkətini təhlükəli etdiyindən, nəqliyyat vasitələri məcburi olaraq aşağı sürətlə hərəkət edir.
Dumanın sıx olduğu ərazilərdə avtomobillərin bir-birini görməsi çətinləşir, bəzi yerlərdə isə yol nişanları demək olar ki, görünməz olur.
Hazırda yolda hərəkət təmin olunsa da, sürücülərin maksimum diqqətli olması tövsiyə edilir.

