BAKI, 20 noyabr. TELEQRAF
Bakının Məmməd Araz küçəsində yerləşən “Ramada Shamdan” hoteli baxımsız vəziyyətdə qalıb.
Teleqraf uzun müddətdir fəaliyyət göstərməyən hotelin hazırkı vəziyyətini əks etdirən görüntüləri lentə alıb.
Qeyd edək ki, sözügedən hotel bir vaxtların məşhur iş adamı, sonradan iflas edən Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun adınadır. Hafiz Məmmədov 2013-cü ildə əməkdaşlıq çərçivəsində Bakıya dəvət etdiyi İspaniyanın “Atletiko Madrid” klubunu məhz “Ramada Shamdan”da qonaq etmişdi.
Xatırladaq ki, 2022-ci ilin martında hotelin dam örtüyündə və liftin şaxtasında yanğın baş vermişdi. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanmışdı.