BAKI, 12 dekabr. TELEQRAF
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.
Teleqraf xəbər verir ki, ziyarət zamanı Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
***
11:47
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiram nümayiş etdirib.
***
10:49
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
***
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunda yerləşən struktur bölmələrin bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Bu barədə Teleqraf-a Dövlət Xidmətindən məlumat verilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.