BAKI. 19 avqust. TELEQRAF

Sosial şəbəkədə narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.

Teleqraf xəbər verir ki, araşdırmanın nəticələrinə uyğun sözügedən məsələ ilə bağlı tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən klinikaların birində çalışan Gülbədə Abdullayevanın narkozda olan qadını uyğunsuz vəziyyətdə çəkib videolar paylaşıb. Adıçəkilən şəxsin əvvəllər saç ustası olduğu, lisenziyasız fəaliyyət göstərdiyi iddia edilir.