BAKI, 13 may. TELEQRAF

Bu həftəsonu 4-6-cı siniflərdə monitorinq imtahanları keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu imtahanların keçirilməsində məqsəd şagirdlərin nailiyyət göstəricilərini öncədən müəyyən etmək, onların keyfiyyət göstəricilərinin artırılması və tədrisin keyfiyyəti prosesinə töhfə verməkdir.

E.Bağırov həftəsonu keçiriləcək monitorinqlərdə ümumilikdə 300 minə yaxın şagirdin iştirak edəcəyini bildirib:

"Yeniliklərdən biri odur ki, ilk dəfə 10 minə yaxın şagird bu imtahanları elektron qaydada verəcək. İlk dəfə kompüter əsaslı imtahanlar olacaq".