
BAKI, 26 aprel. TELEQRAF
Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 7 nəfər (2 qadın cinsli, 5 kişi cinsli) TƏBİB-in tabeli tibb müəssisələrinə təxliyə olunub.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 6 nəfər Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir. Xəsarət alan 1 nəfər isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyilib.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verib. "Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.