
LƏNKƏRAN, 28 mart. TELEQRAF
Lənkəranda itkin düşən balıqçı Mahmud İbayevin qardaşı Rəşad İbayev yeni videomüraciətində aidiyyəti qurumlardan kömək istəyib.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Rəşad İbayev qardaşının cəsədinin İran ərazisindəki morqlardan birində olduğunu öyrənib və cəsədə baxış zamanı qardaşını tanıyıb. Lakin qonşu Gürcüstandan da naməlum meyit aşkarlandığı üçün İran tərəfi cəsədi ona təhvil verməyib. Bu səbəbdən R.İbayevdən DNT analizi götürülüb və nəticələrin iki həftə ərzində çıxacağı bildirilib.
Rəşad İbayev aidiyyəti dövlət orqanlarına müraciət edərək, qardaşının cəsədinin rəsmi prosedurlar əsasında sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana gətirilməsində ona köməklik göstərilməsini istəyib.