BAKI, 3 mart. TELEQRAF

Bu gün Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.

Teleqraf xəbər verir ki, məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Hazırda yollardakı vəziyyət belədir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.