
BAKI, 3 mart. TELEQRAF
Rusiyada qarşıdan gələn 8 Mart Qadınlar günü ilə bağlı sorğu keçirilib.
Teleqraf xəbər verir ki, "ЮMoney"-in keçirdiyi sorğuda qadınlar ən yaxşı hədiyyənin pul olduğunu bildiriblər (54%).
İkinci yerdə çiçəklər və konfetlər (38%), sonra parfüm və kosmetika gəlir (30%). Bəzi qadınlar notbuk və ya smartfon (22%), bəziləri isə zinət əşyaları (21%) hədiyyə almaq istədiklərini bildiriblər.
Qadınlar suvenirləri və alt paltarlarını uğursuz hədiyyə kimi qiymətləndirirlər.
Yalnız 4 faiz qadın heç bir hədiyyə istəmədiyini bildirib.
Sorğuda iştirak edən kişilər isə daha çox çiçək (64%) və xoş sözlər (38%) hədiyyə etməyə üstünlük verirlər.