
BAKI, 14 fevral. TELEQRAF
Ötən il audiovizual proqramlarla bağlı 301- ə yaxın ümumi şikayət, müraciət qeydə alınıb.
Teleqraf xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, müraciətlərdən cəmi 124-ü audiovizual proqramlarla bağlı olub. 124 müraciətdən 85-i cavablandırılıb. Digərlərinə gəldikdə, 3-4 şikayətlə bağlı hüquqi tədbir görülüb, sanksiya tətbiq edilib. 5 kanala daha diqqətli olmaq tövsiyəsi verilib.
FOTO: Firudin Səlimov