![](https://teleqraf.az/storage/2024/07/25/715x378/tehsil.jpg)
BAKI, 12 fevral, TELEQRAF
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan şəxslər ölkənin istənilən yerində peşə təhsili alarkən güzəştlərdən yararlanacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bügünkü iclasında məlumat verilib.
Həmçinin, iclasda imtiyazların 3 illik olma səbəbi də açıqlanıb.
Qeyd olunub ki, işağldan azad olunmuş şəxslər həmin rayonlara köç edərkən 3 illik müqavilə imzalayırlar.
Bildirilib ki, şəxs vaxtından əvvəl həmin ərazilərdən köçərsə, onunla müqavilə pozulur.
Elm və təhsil komitəsinin sədr müavini, deputat Fariz İsmayılzadə isə qanunda müəyyən sualların olduğunu bildirib:
"Avropada bəzi şirkətlər peşə təhsili alan şəxsləri maliyyələşdirirlər. Düşünürəm ki, işğaldan azad olunmuş ərazilərdəki şirkətlər də bu addımı ata bilərlər. Bundan başqa, maraqlıdır, məsələn Sabirabad rayonundan olan şəxs işğaldan azad olunmuş ərazilərdə təhsil alarkən, güzəştdən yararlana bilərmi?"
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə cavabında bildirib ki, əgər həmin şəxs təhsil alıb geri qayıdacaqsa, güzəştlərdən yararlana bilməyəcək.