![](https://teleqraf.az/storage/2025/02/12/715x378/hv.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun Qrantı hesabına İmişli, Cəlilabad, Saatlı, Sabirabad, Beyləqan, Fizuli, Yevlax, Bərdə, Ucar, Ağdaş, Kürdəmir rayonlarında qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar arasında İİV infeksiyasının profilaktikasını reallaşdıracaq.
Teleqraf xəbər verir ki, bununla bağlı mərkəz 163.155,00 min manat dəyərində satınalma elan edib.
Vəsaitə həmin ərazilərdə ofisin icarəsi, hüquqşünas, sürücü, digər işçi qüvvəsinin cəlbi nəzərdə tutulur.