![](https://teleqraf.az/storage/2022/02/08/715x378/peskov.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Rusiya heç vaxt Ukrayna ilə ərazi mübadiləsi məsələsini müzakirə etməyib və bundan sonra da etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Volodimir Zelenskinin müvafiq açıqlamalarını şərh edərkən bildirib.
"Bu mümkünsüzdür. Rusiya heç vaxt öz ərazilərinin dəyişdirilməsini müzakirə etməyib və etməyəcək", - Kremlin nümayəndəsi qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski "Guardian" qəzetinə müsahibəsində Rusiya ordusunun işğalı altında olan Ukrayna ərazilərinin Kursk vilayətinin bir hissəsi ilə mübadiləsinin mümkün olduğunu bildirmişdi.