Xəbər verdiyimiz kimi dünən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ailəsinə ağır itki üz verib.

Teleqraf.com-un məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi və kollektivi, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektorluğu, "Azərbaycan Meliorasiya və Su Təsəsrrüfatı" ASC-nin rəhbərliyi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi və kollektivi, Azərbaycan Tibb Universitetinin kollektivi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Ramiz Mehdiyevə başsağlığı veriblər.