Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin Elektron İnformasiya Sistemləri Məktəbi və Tədris Mərkəzində olublar.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Hərbçilər yaradılan şəraitlə tanış olublar. Onlara mövcud durum, həmçinin mərkəzdə görülən işlər barədə məlumat verilib.