“Ali məktəblərdə bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salınması ilə bağlı məsələ pilot layihə çərçivəsində növbəti illərdə həyata keçiriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmirullayev 2023-24-cü tədris ili üçün keçirilən brifinqdə deyib.

Nazir hesab edir ki, sözügedən layihə faydalı olacaq: "Bu, təhsilalanların sayının artırılmasına səbəb olacaq. Bu dəyişikliyin informasiya texnologiyaları və turizm sahəsində edilməsi nəzərdə tutulur".