Xəbər verdiyimiz kimi, Vüqar Əliheydər oğlu Əliyev bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

Teleqraf.com xəbər verir ki, Vüqar Əliyev əvvəl AZƏRTAC-ın ingilis dilli şöbəsində, daha sonra isə siyasət bölməsində məsul vəzifədə çalışıb.

Vüqar Əliyev son təyinatından əvvəl Azərbaycanın Birinci vitse-prezidentinin katibliyində işləyib.

Qeyd edək ki, noyabrın 19-da AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad edilib.