Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.

Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - nazirlikdən qeyd olunub.