BAKI, 7 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul ayları ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 53,9 min vahid artaraq 2,27 milyon vahid olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 7,7 min vahid, fiziki şəxslər üzrə 43,2 min vahid, torpaq mülkiyyətçiləri üzrə isə 2,9 min vahid artıb.