BAKI, 6 avqust. TELEQRAF
Bu il 2809 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb.
Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər əlilliyi olan şəxslər və şəhid ailələrinin üzvlərindən ibarət olub. Yollayışla təmin edilən uşaqlar həmin mərkəzlərə valideynlərindən birinin müşayiəti ilə yola salınıblar.
Qeyd edilən imtiyazlı şəxslər respublikamızın müxtəlif ərazilərində yerləşən sanatoriya-kurort və müalicə mərkəzlərində xəstəliklərinə uyğun müalicə kursu keçiblər.