BAKI, 18 aprel. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkində qeyd edilib:
"33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 nəfər mülki şəxs dağıntılar altında 18 gün dağ mağaralarında gizləndikləri aşkar edildikdə vəhşicəsinə qətlə yetirilib. Daha 14 nəfər girov götürülüb.
Bu vəhşilik Azərbaycan mülki əhalisinə qarşı həyata keçirilən sistematli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin bir hissəsi olub.
Bəşəriyyətə qarşı belə ağır cinayətlər heç vaxt unudulmamalıdır.
Başlıbel qırğınının qurbanlarının xatirəsini ehtiramla yad edirik".