BAKI, 26 fevral. TELEQRAF

"Xocalı soyqırımı etnik nifrət əsasında qurulmuş siyasətin tərkib hissəsidir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu faciə təkcə bir gecənin hadisəsi deyil, Ermənistanın illərlə apardığı düşünülmüş etnik nifrət siyasətinin ən böyük miqyaslı nümunəsidir:

“Azərbaycan xalqı artıq şəhidlərin qanını yerdə qoymayaraq öz əzəli torpaqlarını azad edib. Artıq Xocalıya həyat qayıdır”.