BAKI, 23 dekabr. TELEQRAF
Rəqəmsal mühit uşaqlara bərabər imkanlar yaratmaqla yanaşı, onlar üçün müəyyən təhlükə də yaradır.
Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, imkanların tam şəkildə faydaya çevrilməsi dövlət və valideynlərin birgə əməkdaşlığından asılıdır.
"Rəqəmsal təhsilin verilməsi, normativ və hüquqi bazanın formalaşdırılması və kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən edilməsi əsas istiqamətlərdir. Rəqəmsal mühitdə uşaqlar texniki bacarıqlar əldə etmir, həmçinin düşüncə tərzini formalaşdırırlar", - nazir əlavə edib.