BAKI, 23 dekabr. TELEQRAF
İranın məhkəmə sistemi dekabr ayında ölkə üzrə həbsxanalarda azı 338 nəfəri edam edib. Yəni bu ay ərzində İranda orta hesabla gündə təxminən 12 nəfər, hər iki saatda 1 nəfər dara çəkilib.
Teleqraf xəbər verir ki, bu barədə HRANA İnsan Haqları Təşkilatı məlumat yayıb.
Təşkilat dekabrda İranda insan hüquqlarının pozulması ilə bağlı hazırladığı hesabatlara 338 edam hökmünün icrası, 21 edam hökmünün çıxarılması və 6 edam hökmünün təsdiqlənməsi halları da daxildir.
Hesabata görə, barələrində ölüm hökmü verilmiş şəxslərdən 2 nəfər ictimai şəkildə edam olunub.
HRANA bundan əvvəl bildirmişdi ki, 2024-cü ilin oktyabrından 2025-cı ilin oktyabrınadək İranda azı 1 537 nəfər dara çəkilib.