BAKI, 8 oktyabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putininin oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə görüşü baş tutacaq.
Teleqraf “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov gündəmlə bağlı suala belə cavab verib: “İkitərəfli əlaqələr birinci yerdədir. Bu, münasibətlərin əsas gündəm maddəsidir. Görüşün keçirilməsi faktı iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir”.