QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF

"TDT+ formatının yaradılması barədə qərar qəbul edilib".

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

“Azərbaycanın sədrliyi dövründə türk ölkələri arasındakı əməkdaşlığın daha da güclənəcəyinə inanırıq. Zirvə görüşü çərçivəsində Qəbələ Bəyannaməsi qəbul olunub. Sənəddə 8 avqustda Vaşinqtonda imzalanmış Ermənistanla sülh razılaşması vurğulanıb”,- o qeyd edib.