BAKI, 7 iyul. TELEQRAF
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb.
Teleqraf xəbər verir ki, nümayəndə heyətinin üzvləri xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.