AĞDAM, 21 iyun. TELEQRAF

"Amma indi burada heyrətamiz tikinti işləri aparılıb, hökumətin bu bölgə üçün səylərinin nəticələri göz qabağındadır".

Bunu Teleqraf-ın Ağdama ezam olunan əməkdaşına açıqlamasında Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç deyib.

"Mən az əvvəl həmkarıma fotolar göstərirdim. Burada 2021-ci il iyunun 19-da olmuşdum və indi bu ərazini tanımaq demək olar ki, mümkün deyil. Çünki o vaxt burada yalnız bir neçə xarabalıq var idi. Ətraf işə bomboş...

Amma indi belə gözəl mənzərəni görmək inanılmaz dərəcədə xoşdur və bu işləri qısa müddətdə həyata keçirən Azərbaycan dövlətini təbrik edirəm. İnanıram ki, “Böyük Qayıdış” proqramı plan üzrə gedir. Azərbaycan buradan köçkün düşmüş bütün insanların öz evlərinə qayıtması üçün səylərini davam etdirəcək və son məqsədə çatacaq".