ŞUŞA, 21 iyun. TELEQRAF

"Bu gün Şuşada olmaq çox xoşdur. Bura Azərbaycanın gözəl yerlərindən biridir. Mən dəfələrlə Qarabağa səfər etmişəm və hər dəfə ölkənin digər bölgələrində olduğu kimi, burada da çox gözəl yerlərlə qarşılaşmışam".

Bunu Teleqraf-ın Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

“Eyni zamanda, Qarabağda yenidənqurma prosesinin gedişatı bizi heyran edir. Görürük ki, insanlar geri qayıdır, həyat yenidən başlayır, tikinti və bərpa işləri davam edir. Avropa İttifaqı da regionda sülhə töhfə verir, o cümlədən insanların qayıdışı və onların təhlükəsiz, firavan həyatı üçün zəruri olan minatəmizləmə prosesinə dəstək göstərir”, - o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.