.jpg)
ŞUŞA, 21 iyun. TELEQRAF
"Bu, mənim Şuşaya ikinci səfərimdir. Tam səmimiyyətimlə deyə bilərəm ki, şəhərin necə sürətlə inkişaf etdiyini aydın görmək mümkündür. Azərbaycan hökumətini və xüsusi nümayəndəliyi həyata keçirdikləri bütün səylərə görə təbrik edirəm. Bu, həqiqətən çox təqdirəlayiqdir".
Bunu Teleqraf-ın Şuşaya ezam olunan əməkdaşına açıqlamasında İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar deyib.
“Burada gözəlliyi görə, mədəniyyəti hiss edə, musiqini eşidə bildik – bütün bunlar bir mozaika kimi bir araya gəlir.
Sakinlər Şuşaya böyük həvəslə qayıdırlar, sevinirlər. Burada məskunlaşan insanların sayı hər səfərimizdə daha da artır.
Ona görə də sizi təbrik edirəm və ümid edirəm ki, növbəti səfərimizdə daha böyük irəliləyişlərin şahidi olacağıq”, - o əlavə edib.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.