
ŞUŞA, 21 iyun. TELEQRAF
"Mən Qarabağda olmuşam, bu artıq üçüncü səfərimdir və hər dəfə gələndə yeni dəyişikliklər, yeni tikililər görürəm. Bu, inanılmazdır. Bura çox gözəl bir yerdir".
Bunu Teleqraf-ın Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Liviyanın Azərbaycandakı səfiri Ali Salem Naser deyib.
O bildirib ki, fürsət olsa, gələcəkdə də Şuşaya və Laçına gələcək.
“Çünki bu şəhər gözəldir və mən çox bəyəndim.
Mən Şuşada, Ağdamda, eləcə də Laçında genişmiqyaslı tikinti işlərinin getdiyini görürəm. Bu möhtəşəm işlər və nailiyyətlər münasibətilə Azərbaycanı təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.