BAKI, 9 iyun. TELEQRAF

İsrailin Ukraynadakı səfiri Mixail Brodski iddia edir ki, Ukrayna münaqişəsi zamanı Qüds ABŞ-dən alınan və 1990-cı illərdə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə verib.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, səfir "Patriotlar”ın Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb.

"Bir vaxtlar ABŞ-dən aldığımız "Patriot" sistemləri hazırda Ukraynadadır. Bunlar 1990-cı illərin əvvəllərində İsraildə istifadə olunan sistemləridir. Biz onları Ukraynaya köçürməyə razılaşdıq", - səfir qeyd edib.