
BAKI, 15 mart. TELEQRAF
Ermənistan xarici işlər naziri parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında sülh müqaviləsindən danışıb.
Teleqraf xəbər verir ki, nazir iclasda “Ermənistan” fraksiyasından olan deputat Anna Qriqoryanın sülhlə bağlı ittihamlarına cavab verib.
“Bəli, xalq sülh istəyir. Bu, sizin siyasi xəyallarınızın illüziyası və süqutu, Ermənistanın məhvi ilə bağlı yalanınızdır”, - Mirzoyan ona cavabında bildirib.
Anna Qriqoryan Ermənistanın Azərbaycanla sülh müqaviləsini tam razılaşdırmasına etiraz edib. Onun fikrincə, saziş tamamilə Azərbaycanın maraqları çərçivəsində razılaşdırılıb.
Xarici işlər naziri deputatın “Siz bizi sülh naminə məhvə aparırsınız” ittihamına cavab olaraq vurğulayıb:
“Ermənistan suveren qalacaq, ərazi bütövlüyü qorunacaq. Sərhədlə bağlı məsələlər demarkasiya yolu ilə həll olunacaq və Ermənistan vətəndaşları dinc şəraitdə, müstəqil, suveren Ermənistanda yaşamaq və yaratmaq imkanı əldə edəcəklər. Sizin missiyanız, arzunuz baş tutmayacaq, xanım Qriqoryan”.