BAKI, 14 mart. TELEQRAF

Biz Vyetnam və ya Əfqanıstan olmayacağıq.

Teleqraf xəbər verir ki, bunu Ukrayna 3000 Fondunun sədri, Ukraynanın eks birinci xanımı Katerina Yuşşenko XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Sülhə gedən yol" panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, Ukrayna daha güclüdür.

"Bizim gücümüz onlardan daha çoxdur. Bizim insanları heç nə çəkindirə bilməz. Əsrlər boyu ata-babalarımız vuruşublar ki, bizə pis gələcək buraxmasınlar".