BAKI, 14 mart. TELEQRAF

Biz dünyada üzən bir mozaikaya bənzəyərik, ölkələrin böyük və kiçik olması isə buna təsir edir.

Teleqraf xəbər verir ki, bunu İslandiyanın sabiq prezidenti Olafur Raqner Qrimsson XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya nizamında orta güclər" panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, dünyada ölçü böyük və kiçik götürülür, amma orta ölçü götürülmür.

O bildirib ki, Çin daha çox kiçik və orta miqyaslı ölkələrlə münasibət qurur.

"Orta və kiçik miqyaslı ölkələr göstərirlər ki, alternativlər var. Hamınızı ölkəmə dəvət edirəm, orada siz görərsiniz ki, İslandiyaya gələn turistlərin hamısı Asiyadandır. Çünki bu ölkə sabit ölkədir, qanunun aliliyi qorunur, utopiyaya bənzəyir", - deyə əlavə edib.

O həmçinin qaydalara əsaslanan düzən haqqında danışarkən deyib ki, dünyada belə vəziyyət hələ olmayıb:

"Dünyada nə vaxt belə düzən olub? Elə bir dövr deyin ki, orada qaydalara əsaslanan düzən olsun. Mən kiçik, orta və ya böyük güc kimi terminologiyanın tərəfdarı deyiləm, bundan uzaq olmaq lazımdır. Biz kiçik ölkə olsaq da başqa alternativlərin olduğunu göstəririk",- O.R.Qrimsson əlavə edib.