
BAKI, 10 fevral. TELEQRAF
Rusiya Ermənistan və Azərbaycan arasında uzunmüddətli və gələcək nəsillər üçün təhlükə yaratmayacaq bir sülh müqaviləsi hazırlanmasının tərəfdarıdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Əlbəttə, biz həmişə irəliləyişə kömək etməyə hazırıq. Ermənistan və Azərbaycan arasında mümkün qədər tez bir zamanda sülh müqaviləsinin imzalamasını istəyirik. İki ölkə arasında uzunmüddətli və gələcək nəsillər üçün təhlükəli vəziyyətlər yaratmayacaq sülh müqaviləsi hazırlamalıdır”, - o qeyd edib.
Qaluzinin sözlərinə görə, tələsik və tam təsdiqlənməmiş qərarlar uzunmüddətli davamlı sülhə səbəb olmaya, əksinə, gələcək üçün qarşıdurma "toxum"ları əkə bilər:
“Bu variant Ermənistan, Azərbaycan, Cənubi Qafqaz və Rusiya üçün son dərəcə arzuolunmazdır”.