BAKI, 7 mart. TELEQRAF

Mədəniyyət Nazirliyi və Kino Agentliyinin (ARKA) keçirdiyi post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi"nə müraciətlərin qəbulu tamamlanıb.

Bu barədə Teleqraf-a ARKA-dan məlumat verilib.

Bildirilib ki, müsabiqəyə tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya olmaqla ümumilikdə 21 film layihəsi təqdim edilib.

"Onlardan beşi yerli şirkətlərin xarici şirkətlərlə birgə istehsal etdiyi müştərək beynəlxalq layihələrdir. Bu layihələrdə Türkiyə, Almaniya, Polşa, Bolqarıstan, Özbəkistan, Qırğızıstan tərəfdaş ölkə kimi çıxış edir. Müsabiqəyə beş qısametrajlı animasiya film layihəsi təqdim olunmuşdur ki, onlardan ikisi birgə istehsal olunan beynəlxalq layihədir", - məlumatda qeyd olunur.

Xatırladaq ki, ötən il keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsinə 9 film layihəsi təqdim olunub, aralarından seçilən 6 layihə ARKA tərəfindən maliyyələşdirilib.