BAKI, 24 may. TELEQRAF

78-ci Kann Beynəlxalq Film festivalında ən yaxşı film mükafatını alarkən iranlı rejissor, dissident Cəfər Pənahi maraqlı bəyanatlar səsləndirib.

Teleqraf xəbər verir ki, C.Pənahi iranlıları fikir ayrılıqlarını bir kənara qoyub azadlıq üçün çalışmağa çağırıb.

O deyib: "Düşünürəm ki, dünyanın hər yerində - İranda və ya xaricdə - bütün iranlılara, hətta fərqli düşünən insanlara belə, bir xahişlə müraciət etməyin zamanıdır. Gəlin bütün problemləri, bütün fərqləri bir kənara qoyaq. Hazırda ən önəmlisi ölkəmiz və ölkəmizin azadlığıdır."

2010-cu ildə film çəkməyinə qadağa qoyulan və iki dəfə həbs olunan C.Pənahi deyib ki, kino azad ifadə məkanı olmalıdır.
Rejissor bildirib: “Heç kimin sizə nə edib-etməməli olduğunuzu söyləməyə haqqı yoxdur”.

O, 2023-cü ildə ona qarşı səyahət qadağası aradan qaldırılıb. Beləliklə, C .Pənahi son 15 ildə ilk dəfə Kannda olub.

Rejissor söyləyib: "Kann daha böyük səhnədir və onun özünəməxsus keyfiyyətləri var, amma mənim ən çox istədiyim şey İranda adi insanlarla bir kinoteatrda oturub bu filmə baxmaqdır. Bu, ən vacib şeydir".

***

21.46

Bu gün Kann Film Festivalının bağlanış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, "Qızıl palma budağı" mükafatının sahibi məlum olub.

Bu, İran rejissoru Cəfər Pənahinin "Sadə bir qəza" filmidir.

“Qızıl Palma budağı” uğrunda 20-dən çox film, o cümlədən Sergey Loznitsanın “İki prokuror”, Riçard Linleyterin “Nuvel Vaq”, Ari Asterin “Eddinqton”, Ues Andersonun “Finikiya sxemi”, Yoakim Triyerin “Sentimental dəyər” və digər filmlər mübarizə aparıb.

"Sadə təsadüf" filminin süjeti hamilə arvadı ilə avtomobil qəzasına düşən İqbaldır.

O, keçmiş məhbuslarla qarşı-qarşıya gəlir. Məhbuslar onun öz cəlladları olduğuna əmindirlər. Canilərin lideri Vahid onu əsir götürür və intiqam almaq fikrində olanlardan ibarət dəstə toplayır. Yol boyu onlar hərəkətlərinin əxlaq və ədalət qanunlarına uyğun olub-olmaması üzərində düşünürlər. Film cinayət və cəza mövzularını araşdırır və İran hökumətinin icazəsi olmadan çəkilib.