BAKI, 17 may. TELEQRAF

Azərbaycan istehsalı olan "Tərsinə Kölgələr" 21-ci Kazan Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə filmin prodüserlərdindən biri olan Hacı Səfərov məlumat verib.

Qeyd edək ki, "Chinar Film"in istehsalı olan ekran əsərinin digər prodüserləri Emil Nəcəfov və Türkan Hüseyndir.

Filmin ssenarisini Rahim Dünyamalının "Tərsinə addımlayan kölgələr" romanının motivləri əsasında Hacı Səfərov özü yazıb.

Xatırladaq ki, "Tərsinə Kölgələr" ARKA - Azərbaycan Respublikasının Kino Agentliyinin "Post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi"nin qalibi olmuşdu.

Filmdə rolları Zülfiyyə Məmmədova və Rasim Cəfər ifa edirlər.